Hesab İdarə Edilməsi

Hesab Yaradılması

Fərdi şəxs MostBet-də Hesab yaratmadan real pul ilə oyun oynaya bilməz. Oyunçu kimi qeydiyyatdan keçmək və mərc edə bilmək üçün oyunçu mütləq qeydiyyadan keçməlidir. Qeydiyyat zamanı oyunçu aşağıdakı əsas məlumatları təqdim etməlidir:

  • oyunçunun adı və soyadı;
  • oyunçunun yaşayış ünvanı;
  • doğum tarixi (oyunçunun on səkkiz (18) yaşdan böyük olduğu göstərilir);
  • dyunçunun etibarlı e-mail adresi;
  • istifadəçi adı və şifrə.

2. Bununla birlikdə, MostBet Hesab Sahibi olmaq istəyən şəxs qeydiyyat üçün müraciət edərkən aşağıdakı qayda və şərtləri qəbul etdiyini bəyan etmiş olur:

  • fiziki şəxs olmaq (hüquqi şəxs Hesab Sahibi olmaz);
  • Oyunçu Əfqanıstan, Albaniya, Əlcəzair, Angola, Avstraliya, Baham adaları, Botsvana, Kamboca, Ekvador, Efiopiya, Fransa, Qana, Qayana, Hong Kong, İran, İraq, İsrail, İtaliya, Küveyt, Laos, Myanma, Namibiya, Nikaraqua, Şimali Koreya, Panama, Papua və Yeni Qvineya, Filippin, Sinqapur, İspaniya, Sudan, Suriya, Tayvan, Trinidad və Tobaqo, Tunis, Uqanda, Birləşmiş Krallıq, Amerika Birləşmiş Ştatları, Yəmən və Zimbabve ölkələrindən heç birində sakin olmamalıdır. (Kazino, Oyunlar, Canlı Kazino, Poker və Bingo üçün yaşadığınız ölkələrin istisnaları barəsində məlumatlı olun);
  • istifadəçi MostBet-də mərc üçün əlçatan olan hər hansı bir idman, yarış və ya liqada professional oyunçu kimi iştirak etməməlidir;
  • limitləşdirilmiş hüquq qabiliyyəti ilə məhdudlaşmamış olmaq;
  • başqa şəxs və ya tərəf(lər)in adından (onların əvəzinə) çıxış etməmək;
  • kompulsiv Problemli qumarbaz kimi təsnif olunmamaq və/və ya (könüllü və ya qeyri-ixtiyari) xaric tutulan oyunçuların hər hansı bir reyesterinə və ya məlumat bazasına daxil edilməmək;
  • cinayət və ya digər qanunsuz fəaliyyətlərdən əldə edilən pullarla sayta depozit etməmək;
  • MostBet Hesabını birbaşa və ya dolayı yollar ilə hər hansı cinayət fəaliyyətlərində istifadə etməmək;
  • əgər oyunçunun yaşadığı ölkədə illeqal olarsa və yaxud onun MostBet-dən oyun hesabı açması, xidmətlərin alınması və ya istifadəsi və/və ya başqa şəkildə təklif olunan oyunlarda iştirak etməsi üçün məhdudiyyət qoyularsa, Xidmətlərdən istifadə etməmək;
  • MostBet-in Veb-sayt və Xidmətlərindən istifadəsinin qanuni olmasını təmin etmək Hesab Sahibinin məsuliyyətidir;
  • Veb-saytı və Xidmətləri təhqiredici, ədalətsiz və ya nalayiq hesab etməmək;
  • öz MostBet Hesabının aşağıdakı əsas məlumatlarını həmişə aktual (güncəl) saxlamaq: ad və soyad, yaşayış yeri, etibarlı e-mail adresi və telefon nömrəsi.

3. Fərdi şəxs MostBet-də qeydiyyatdan keçmək üçün müraciət etdikdə, ərizə formasında göstərilən bütün məlumatların dəqiq və doğru olduğuna zəmanət verir.

Əgər belə deyilsə, MostBet şəxsi qeydiyyatdan keçirməyəcək. Artıq mövcud olan hesabda təqdim edilən məlumatların düzgünlüyünə şübhə yaranarsa, MostBet istifadəçidən şəxsiyyətini və digər məlumatları təsdiqləmək üçün şirkətin seçdiyi istənilən sənədləri tələb etmək hüququnu özündə saxlayır.

Eyni zamanda, şirkət məlumat yoxlanılana qədər bütün ödənişlər ləğv etmək hüququna sahibdir. MostBet həmçinin sənədləri poçtla tələb etmək hüququna malikdir və yoxlama və təsdiqləmə prosesi sənədlərin qəbul edildiyi andan 72 saata qədər çəkə bilər.

Təqdim olunan məlumatın etibarlı olmadığı aşkar edilərsə, MostBet bütün mərcləri qeyri-müəyyən müddətə ləğv edə və bütün nağd ödənişləri dayandıra bilər. MostBet, həmçinin hesabın yoxlanılmasını davam etdirmək üçün şəxsdən hesabın etibarlı təsdiqlənməsi üçün lazım olan əlavə sənədləri istəmək hüququna malikdir.

Yetkinlik Yaşına Çatmayanlara Dair Siyasət

Əgər yaşınız 18-dən aşağıdırsa, MostBet mərc şirkətində qeydiyyatdan keçməyə cəhd etməməyinizi xahiş edirik.

Sosial məsuliyyət daşıyan bir operator kimi MostBet yetkinlik yaşına çatmayanlar üçün qumar oyunlarına girişi məhdudlaşdıran tədbirlər həyata keçirir. Şirkət həmçinin qeydiyyatdan keçmiş istifadəçilər üzərində yoxlamalar aparır. Bu səbəbdən şirkət sənədlərin yoxlanılması yolu ilə yaş və şəxsiyyət sübutu tələb etmək hüququnu özündə saxlayır.

Müştəri İdentifikasiyası

Şirkət, hər bir İstifadəçi ilə əlaqəli potensial risk səviyyəsini göz önündə tutaraq, MostBet İstifadəçiləri üzərində ilkin və davamlı şəxsiyyət yoxlamalarının aparılmasını nəzərdə tutan daxili AML-Siyasətinə sahibdir.

Şəxsiyyətinizi yoxlamaq və təsdiqləmək üçün şirkət sizdən minimum səviyyədə məlumat tələb edəcəkdir.

Bu məlumatlar, eləcə də şəxsiyyətinizi təsdiqləmək üçün təqdim etdiyiniz hər hansı sənədlər, təsdiqləmək üçün istifadə olunan üsullar və yoxlama prosesin nəticələri tərəfimizdən qeydə alınacaq və saxlanılacaq.

Şirkət, həmçinin şəxsi məlumatlarınızı səlahiyyətli dövlət və müstəqil qurumlar tərəfindən hazırlanan terrorizmdə şübhəli bilinən şəxslərin siyahıları ilə uyğunluq üçün yoxlaya bilər. Şəxsiyyəti təsdiq etmək üçün tələb olunan minimum məlumatlara aşağıdakılar daxildir:

  • istifadəçinin tam adı
  • doğum tarixi (fiziki şəxslər üçün)
  • İstifadəçinin yaşayış yeri və ya qeydiyyat ünvanı
  • şirkətin hesabına depozit ediləcək vəsaitin mənbəyi

Yuxarıda göstərilən məlumatların hər birinin həqiqiliyini təyin etmək və təsdiqləmək üçün Şirkət İstifadəçidən aşağıdakı sənədləri tələb edə bilər:

  • pasport və ya şəxsiyyət vəsiqəsi və ya İstifadəçinin adı, doğum tarixi və fotoşəkili olan dövlət tərəfindən verilmiş hər hansı digər sənəd.
  • kommunal xidmətlərin ödənilməsi üçün bu yaxınlarda alınmış hesab-faktura (3 aydan çox olmayan) və ya İstifadəçinin yaşayış ünvanını təsdiq edən hər hansı digər sənəd.
  • Şirkət, həmçinin müəyyən hallarda İstifadəçidən video identifikasiya və ya müvafiq sənədlərlə təsdiq edilmiş əlavə məlumatlar, habelə sənədlərin notariat qaydasında təsdiq edilmiş surətlərini tələb edə bilər.

Aktiv olmayan Hesablarla bağlı Siyasət

Əgər 12 aydan çox müddət ərzində oyun hesabınızı idman mərcləri üçün istifadə etməmisinizsə, o, “qeyri-aktiv oyun hesabı” hesab olunacaq.

Əgər balansınızda pul olarsa, 12 aylıq müddətin bitməsinə ən geci 28 gün qalmış statusunuzun qeyri-aktiv vəziyyətə dəyişdiriləcəyi barədə sizə məlumat veriləcək.

Bundan əlavə, müsbət balansı olan bütün qeyri-aktiv oyun hesablarına aylıq 5 avro (və ya hesab valyutasının ekvivalenti) komissiya tutulacaq.

Birdən Çox Qeydiyyat

Hər bir qeydiyyatdan keçmiş müştəriyə yalnız bir hesab yaratmağa icazə verilir. Qeydiyyat prosesi zamanı aşağıdakı qayda tətbiq olunur: bir ailə, bir ünvan, bir e-mail adresi, bir bank kartı nömrəsi və ya bir IP ünvanı. Şirkət rəhbərliyi müştəridən pasport məlumatları, yaşayış icazəsi və qeydiyyat da daxil olmaqla, daha dəqiq məlumat tələb etmək hüququnu özündə saxlayır və yoxlama məqsədilə video görüş keçirə bilər.

Qeydiyyatdan keçmiş müştərinin yeni ad və ya e-poçt ünvanı ilə yenidən qeydiyyatdan keçməsi və ya etibarsız və ya saxta sənədlər, o cümlədən müxtəlif proqramlar və ya qrafik redaktorlar vasitəsilə dəyişdirilmiş sənədlər təqdim etməsi qəti qadağandır. Belə hallarda administrasiya bu hesablardan edilən hər hansı mərcləri etibarsız saymaq və ləğv etmək hüququnu özündə saxlayır.

Xəbərdarlıq tarixindən etibarən 14 gün ərzində yoxlama proseduruna əməl edilməməsi və ya tələb olunan sənədlərin təqdim edilməməsi durumunda, MostBet administrasiyası mərclər etibarsız saymaq və hesabı müddətsiz bloklanmaq hüququna sahibdir. Müdiriyyət həmçinin belə bir hesabı (yenidən qeydiyyatdan keçmiş) icraat müddəti ərzində (2 aya qədər) bloklamaq hüququnu özündə saxlayır. Müştərinin istəyi əsasında MostBet administrasiyası fərdi istisna edə bilər.